Gənclər və idman naziri bölgələrə səfər edib

Sportarena.az      28 İyun 2022 , 15:12

Gənclər və idman naziri Fərid Qayıbov şəhər və rayonlarda səfər edib.

Sportarena.az xəbər verir ki, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan Qayıbov, mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb, həmçinin Gəncə şəhərində tikilməkdə olan idman sarayının tikintisi ilə tanış olub.

​Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

​Qayıbov Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, olimpiya idman kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin