“Qəbələ” Türkiyəyə yollandı

10:00 4 İyul 2022

“Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb. 

Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq. Komanda Boludakı oteldə məskunlaşacaq. 

Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra  Qəbələdə baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti