"Qəbələ"nin Türkiyədə 4-cü günü

10:44 8 İyul 2022

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq prosesinin dördüncü gününü başa vurub. 

 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ilk yarısında trenajor zalında hazırlıq keçiblər. Axşam məşqini meydanda gerçəkləşdirən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. 

 

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti