"Renn" "Fənərbaxça"nın müdafiəçisini transfer etdi

13:00 15 İyul 2022

"Fənərbaxça"nin müdafiəçisi Kim Min Je karyerasını Fransada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, "Renn" cənubi koreyalı futbolçunu transfer edib. Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat verib.

 

"Fənərbaxça" "Napoli"nin də istədiyi 25 yaşlı futbolçunu Fransa klubuna satıb. Türkiyə təmsilçisi bu keçiddən 19,5 milyon avro qazanacaq.

 

Kim Min Je "Fənərbaxça"ya 2021-ci ilin yayında Çinin "Quoan" klubundan transfer olunub. 


Digər xəbərlər

Xəbər xətti