“Qarabağ”dan yeni transfer - RƏSMİ

00:54 18 İyul 2022

"Qarabağ" növbəti transferini açıqlayıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Julio Romaonu heyətinə qatıb. "Atletiko Paranaense"nin yetirməsi olan braziliyalı "Ponte Preta"nın U-21 komandasında və “Santa Kruz”da çıxış edib.

2020-ci ildə “Santa Klara”ya keçən orta xətt oyunçusu ötən mövsüm Portuqaliya Primerosunda 15 oyuna çıxıb. 


Digər xəbərlər

Xəbər xətti