Şahmat Olimpiadası: Azərbaycan yığmaları darmadağınla başladı

19:15 29 İyul 2022

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandaları bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasında mübrizəyə start veriblər.

Kişilərdən yığma komanda ilk görüşündə Əlcəzair seçməsi ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0

Qədir Hüseynov – Lamin Brahami 1:0

 

Vasif Durarbəyli – Massinas Cabri 1:0

Nicat Abbasov – Kalil Benqerabi 1:0

Qadınlardan ibarət Azərbaycan millisi isə ilk görüşündə BƏƏ təmsilçilərinə 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – BƏƏ 4:0

Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0

Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0

Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0

Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0


Digər xəbərlər

Xəbər xətti