"Çelsi" 18 yaşlı qapıçı ilə 6 illik müqavilə imzaladı

12:42 2 Avqust 2022

"Çelsi" "Çikaqo Fayr"ın (ABŞ) qapıçısı Qabriel Sloninanı transfer edib.

London təmsilçisində tibbi müayinədən keçən 18 yaşlı oyunçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb. Ancaq amerikalı qolkiper bu mövsüm icarə əsasında MLS təmsilçisində oynamağa davam edəcək.

Transfer məbləği bonuslar daxil olmaqla 15 milyon dollar olacaq. 


Digər xəbərlər

Xəbər xətti