Azərbaycan Premyer Liqasında VAR sistemi tətbiq olunacaq

10:25 4 Avqust 2022

Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən AFFA-ya göndərilib.

 

FIFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti