İtaliya futbolunda şok qərar - İrqçiliyə məruz qalan futbolçu cəzalandırıldı

12:54 3 May 2017

İtaliya A seriyasında keçirilən “Kalyari” - “Peskara” oyununda irqçilik rəzaləti yaşandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, “Kalyari” azarkeşləri bütün oyun boyu “Peskara”nın futbolçusu Salli Muntarini irqçi təhqirə məruz qoymuşdular. Buna dözməyən futbolçu hakimə yaxınlaşaraq, hadisəyə müdaxilə etməsini istəmişdi. Hakim isə futbolçuya sarı vərəqə göstərmişdi. Bundan sonra Muntari meydanı tərk etmişdi.

 

Bu məsələni araşdıran İntizam Komitəsi Muntarini bir oyunluq cəzalandırıb. “Kalyari” isə cəzasız qalıb. Məsələ burasındadı ki, protokolu dolduran rəsmi şəxs irqçi təhqirlər səsləndirənlərin kifayət qədər olmadığını qeyd edib. Qaydalara görə, stadiondakı azarkeşlərin bir faizi irqçi təhqir səsləndirərsə, cəza tətbiq olunur.


Digər xəbərlər

Xəbər xətti