A seriyasında irqçilik - Futbolçu dözmədi

18:52 1 May 2017

İtaliya A seriyasının 34-cü turunda rüsvayçı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, olay “Kalyari” - “Peskara” görüşündə (1:0) baş verib. “Paskara”nın qanalı futbolçusu Salli Muntari “Kalyari” azarkeşləri tərəfindən bütün oyunboyu irqçi təhqirlərə məruz qalıb. Muntari qarşılaşmanın baş hakiminə yaxınlaşaraq, oyunu dayandırmağı və biabırçı hərəkətə son qoyulmasını tələb edib. Hakim isə futbolçuya “mən heç nə eşitmirəm, heç nə görmürəm” deyərək, sarı vərəqə göstərib.

 

Bundan sonra Muntari meydanı tərk etmək qərarına gəlib. O, meydanı tərk edərkən azarkeşlərə “bu, mənim rəngimdi” jestini də edib.


Digər xəbərlər

Xəbər xətti