"Neftçi"dən xaos iddialarına cavab - "Boş sözlərdi"

15:34 25 Yanvar 2018

“Neftçi" qapıçısı Aqil Məmmədovla yollarını ayırdığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, klub da Məmmədovun qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini açıqladı. Qolkiperin sabiq klubu "Qəbələ"yə qayıdacağı da artıq dəqiqdir.

 

Bu xəbər futbol ictimaiyyətində və mətbuatda şok effekti yaratdı. Necə oldu ki, dekabrda öz istəyi ilə "Qəbələ"dən ayrılaraq "Neftçi"yə gələn Orxan Məmmədov gözlənilməz şəkildə əks qərar verdi? Axı o "Neftçi"yə baş məşqçi Tərlan Əhmədovun istəyi ilə qapı xəttində yaradılmaq üçün gətirilmişdi.

 

İddialara görə, yoxlama oyununda Rusiyanın "SKA Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin düşərgəsində vəziyyət gərginləşib. Komanda daxilində xaos hökm sürüb. Baş verənlər Aqil Məmmədova xoş gəlməyib və o, klubla yollarını ayırmaq qərarına gəlib.

 

 

Bu xəbərlərə münasibət öyrənmək üçün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu ilə əlaqə saxladıq. Klub rəsmisi bu iddiaları təkzib etdi:

 

"Aqil Məmmədov komandadan öz istəyi ilə ayrılıb. Komanda daxilində xaos yaşanmasına gəlincə, boş sözlərdi. Heç bir xaos yoxdu. Aqil Məmmədov sadəcə öz istəyi getmək istədi".


Xəbər xətti