Aqil Məmmədov "Neftçi"nin düşərgəsini tərk etdi - "Qəbələ"yə qayıdır

13:03 25 Yanvar 2018

"SKA Xabarovsk”la oyundakı ağır yenilgi "Neftçi”də problemin nə qədər ciddi olduğunu göstərdi.
 
Sportarena.az Sport7.az-a istinadən xəbər verir ki, "ağ-qaralar”ın düşərgəsində əsl xaos yaşanır, gələcəyin necə olacağı belə bilinmir. Artıq yeni transferlər də "Neftçi”nin düşərgəsindən qaçmağa hazırlaşırlar.
 
İlk belə artıq hal yaşanıb. Qış fasiləsində "Neftçi”ylə sözləşmə imzalayan Aqil Məmmədov klubla müqaviləsini pozub və "ağ-qaralar”ın düşərgəsini təcili tərk edib. Aqil "Neftçi”də gördüklərindən məmnun olmayıb və karyerasını yenidən "Qəbələ”də davam etdirmək arzusundadı.
 
Qolkiperin bu günlərdə "Qəbələ” ilə yeni müqavilə imzalayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti