SON XƏBƏR - Millimizin üzvü Türkiyə klubundan ayrıldı

01:15 23 Dekabr 2014

Türkiyə birinci liqa təmsilçisi "Qaziantep BB" U-21 millimizin üzvü Rəhman Hacıyevlə yolları ayırıb.
 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hakan Kutlu məlumat verib.  O bildirib ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv ediblər. Hacıyev bu ilin iyulunda "Qaziantep BB" ilə bir illik müqavilə imzalamışdı.

Rəhman Hacıyevin "Neftçi"yə keçəcəyi gözlənilir.


Xəbər xətti