Avro-2024: İngiltərə və Sloveniya da 1/8 finalda - YENİLƏNİB

01:51 26 İyun 2024

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir.

Sportarena.az xəbər verir ki, bu gün C və D qrupunda III turun oyunları keçirilir.

D qrupunda Fransa Polşa ilə, Niderland Avstriya ilə görüşüb.

C qrupunda lider İngiltərə Sloveniya millisi ilə qarşılaşıb. Digər görüşdə isə Danimarka Serbiya yığmasıyla üz-üzə gəlib.

AVRO-2024
25 iyun
III tur

D Qrupu

20:00. Fransa – Polşa 1:1

20:00. Niderland – Avstriya 2:3

C Qrupu

23:00. Danimarka – Serbiya 0:0

23:00. İngiltərə – Sloveniya 0:0


Digər xəbərlər

Xəbər xətti