“Sabah” heyətinə yeni futbolçu transfer edib.
Sportarena.az xəbər verir ki, Almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.
Mikels bundan öncə, 2021-2023-cü illərdə də “Sabah”da çıxış edib.
O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi.
Futbolçu Bakı təmsilçisinə azad agent kimi qayıdıb.
Qeyd edək ki, “Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.