Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Araz-Naxçıvan” “Hummel”in forma və geyim dəstlərindən istifadə edəcək.
Sportarena.az xəbər verir ki, Naxçıvan təmsilçisi Danimarka şirkəti ilə müqavilə imzalayıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsulları yaxın günlərdə təqdim ediləcək. “Araz-Naxçıvan” oyun formaları yenə qırmızı və ağ rəngdə olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm “Diadora” şirkətinin istehsal etdiyin geyim dəstlərindən istifadə edib.