“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub.
“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.