"Sabah" İsveç klubu ilə qarşılaşacaq

22:47 26 İyun 2024

"Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi açıqlanıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşacaq.

Matçlar sentyabrın 15-22-də baş tutacaq. Bakı klubu bu mərhələni adlasa, müntəzəm mövsümdə çıxış edəcək.

Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti