“Everton” müdafiəçisi Eşli Yanqla müqavilənin uzadıldığını açıqlayıb.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərəli futbolçu ötən yaydan “Everton”da çıxış edir. O, həmin vaxtdan bəri 34 rəsmi oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü əvvəllər “Aston Villa”, “İnter”, “Mançester Yunayted” və “Uotford” kimi klublarda çıxış edib.