23 ildən sonra “Real”dan getdi

16:10 25 İyun 2024

“Real”ın kapitanı Naço klubundan ayrılıb.

Sportarena.az  xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Real” Naçoya klubdakı  23 illik karyerasına görə təşəkkür edib.

Hazırda İspaniya millisinin heyətində Avro-2024-də iştirak edən 34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Kadsiah” klubuna keçəcəyi də dəqiqləşib.

Qeyd edək ki, 11 yaşından “Real”da olan Naço başqa heç bir klubda çıxış etməyib. 

O, 2001-ci ildə əsas komandada debüt edib. 


Digər xəbərlər

Xəbər xətti