Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.
Sportarena.az xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.
30 yaşlı qolkiper fotosunu paylaşaraq, - “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.
Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.