AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda AFFA U-16 və U-17 liqalarında baş verən neqativ hallara hüquqi qiymət verilib.
İyunun 20-də AFFA U-17 Liqasında keçirilməli olan “Kəpəz” PFK - “Zirə” PFK oyunu “Zirə” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün qəsəbə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
İyunun 22-də AFFA U-16 Liqasında keçirilən “Atletico Baku” FK - “Masallı” PFK oyununda “Masallı” komandasının heyətində turu buraxmalı olan Ruslan Abdulxalıqov iştirak etdiyinə görə cənub təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.