“Barselona”nın 100 milyonluq satış planı

23:50 26 İyun 2024

“Əl-Hilal” “Barselona”nın futbolçusu Rafinyanın transferi üçün böyük məbləğ xərcləməyə hazırdıa.

Sportarena.az xəbər verir ki, kataloniyalılar daha əvvəl Səudiyyə Ərəbistanı klubuna braziliyalı vingerini yalnız astronomik məbləğə sata biləcəyini açıqlayıb.

İspaniya təmsilçisinin müzakirə etmək istədiyi minimum məbləğ 90 milyon avrodu. Lakin oyunçunun 400 milyon avroluq təzminatını nəzərə alaraq, rəhbərlik 100 milyonluq gəlirə can atır. “Barsa” bir neçə gün əvvəl Rafinyanı ərəblərə 80 milyona satmaqdan imtina etmişdi. Transfer reallaşsa, 28 yaşlı ön xətt oyunçusu “Barselona”dakı məvacibindən qat-qat çox qazanacaq.

Qeyd edək ki, Rafinya ötən mövsüm La Liqada 28 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti