FİFA DÇ-2022-nin başlama vaxtında dəyişiklik etdi

Sportarena.az      12 Avqust 2022 , 14:38
FİFA Qətərdə keçiriləcək dünya çempionatının başlama vaxtının dəyişdiyini açıqlayıb. FİFA Şurasının Bürosu matçın və açılış mərasiminin noyabrın 21-dən noyabrın 20-nə keçirilməsi barədə qərar qəbul edib.
 
Seneqal – Niderland matçı da noyabrın 21-də, bazar ertəsi saat 13:00-dan 19:00-a dəyişdirilib. Açılış matçında Qətər yığması 20 noyabr bazar günü saat 19:00-da Ekvadorla oynayacaq.
 
FİFA-nın saytında bu qərar barədə belə yazılıb:
 
“Bu qərar rəqabətin və nəticələrin qiymətləndirilməsindən, əsas maraqlı tərəflər və ev sahibi ölkə ilə diqqətli məsləhətləşmələrdən və razılıqdan sonra verilir. Bilet sahibləri müvafiq matçların yenidən planlaşdırıldığı və yeni tarixdən asılı olmayaraq biletlərinin etibarlı qalması barədə e-poçt vasitəsilə lazımi qaydada məlumatlandırılacaqlar”.
 
2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin