Almaniya Kuboku: Mahir Emrelinin çıxış etdiyi komanda növbəti mərhələdə

21:50 18 Avqust 2024

Almaniya Kubokunda I mərhələnin oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Saarbruken"in qonağı olub.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Nürnberq" II mərhələyə yüksəlib.

Mahir Emreli bu görüşdə iştirak etməyib. Zədəsi olan 27 yaşlı forvardın müalicəsi davam edir. 


Digər xəbərlər

Xəbər xətti