“Qarabağ”ın “Dinamo” Zaqreblə oyununu TRT-1 də canlı yayımlayacaq

13:31 19 Avqust 2024

Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" (Azərbaycan) oyunu Türkiyədə də canlı yayımlanacaq.

Sportarena.az xəbər verir ki, sözügedən matçı qardaş ölkədə "TRT 1" telekanalı birbaşa nümayiş etdirəcək.

Azərbaycanda isə görüşü "CBC Sport" telekanalı vasitəsi ilə izləmək mümkün olacaq.

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti