Ronaldo mükafatlandırma mərasimində niyə iştirak etməyib?

18:13 18 Avqust 2024

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandanın Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olduğu oyundan sonra mükafatlandırma mərasimində iştirak etməyib.

Sportarena.az xəbər verir ki, bu barədə “Essentially Sports” məlumat yayıb.

Ronaldo final fitindən dərhal sonra meydanı tərk edib və mükafatlandırma mərasiminə qayıtmayıb. Bunun səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Superkubok matçında portuqaliyalı hücumçu 1 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti