"Başakşehir" portuqaliyalı yarımmüdafiəçi transfer edib

19:47 19 Avqust 2024

"Fənərbaxça"nın futbolçusu Migel Krespo İstanbulda klubunu dəyişib.

Sportarena.az xəbər verir ki, "Başakşehir" portuqaliyalı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin avqust ayında Portuqaliyanın "Eştoril" klubundan transfer etmişdi. 27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Rayo Valyekano"da keçirib. 


Digər xəbərlər

Xəbər xətti