Səudiyyə klubundan “Real”a 100 milyonluq təklif

16:25 18 Avqust 2024

Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu 26 yaşlı Eder Militaonun transferi üçün “Real”a 100 milyon avro təklif edib.

Sportarena.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” artıq bu təklifdən imtina etmək qərarına gəlib. Militaonun zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmasına baxmayaraq, Madrid klubu onu əsas müdafiə oyunçusu hesab etməkdə davam edir.

Braziliyalı futbolçu 2019-cu ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 156 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur. 


Digər xəbərlər

Xəbər xətti