Mbappe sənədli film çəkir

17:28 18 Avqust 2024

"Real Madrid"in hücumçusu Kilian Mbappe PSJ-nin futbolçusu olduğu 2023-cü ilin yayından bəri həyatında baş verən hadisələri işıqlandıracaq sənədli film hazırlayır.

Sportarena.az championat.com-a istinadən xəbər verir ki, filmdə Mbappenin PSJ-dəki son ayları və Madrid klubuna keçidi təsvir olunacaq. Layihəyə, 25 yaşlı hücumçunun ailəsi ilə yaxın əlaqələri olan fransız prodüser Antuan Le Roy rəhbərlik edir.

Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmi olaraq "Real Madrid"in oyunçusu olub. 


Digər xəbərlər

Xəbər xətti