"Turan Tovuz" üçün yubiley qələbəsi

12:44 19 Avqust 2024

"Turan Tovuz" Misli Premyer Liqasında yubiley qələbəsini qazanıb.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb. 


Digər xəbərlər

Xəbər xətti