İngiltərə millisinin sabiq müdafiəçisi karyerasını başa vurdu

17:17 18 Avqust 2024

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.

Sportarena.az xəbər verir ki, Cons özü bu barədə məlumat verib. Fil Cons A lisenziyasnı aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib.

“Karyeram istədiyimdən daha tez başa çatdı. Mən yarı dolmuş stəkanam. A lisenziyamı tamamladım və məşqçilikdə özümü sınamaq istəyirəm”.

Qeyd edək ki, Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə oynadığı və 5 kubok qazandığı “Mançester Yunayted” olub. O, İngiltərə millisində də 27 oyuna çıxıb. 


Digər xəbərlər

Xəbər xətti