AFFA rəsmisi Konfrans Liqası matçına təyinat aldı

16:57 19 Avqust 2024

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Sportarena.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “ÇFR Kluj” (Rumıniya) – “Pafos” (Kipr) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 22-də Kluj-Napoka şəhərində yerləşən “ÇFR Kluj” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti