Türkiyə Superliqasında II turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, turun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Beşiktaş” doğma meydanda “Antalyaspor”u 4:2 hesabı ilə məğlub edib. “Başakşəhər” – “Alanyaspor” qarşılaşmasında da eyni nəticə qeydə alınıb. “Samsunspor” isə səfərdə “Qaziantep”ə minimal hesabla qalib gəlib.
Qeyd edək ki, Superliqada II turun oyunlarına sabah yekun vurulacaq.
Türkiyə Superliqası
II tur
“Beşiktaş” – “Antalyaspor” - 4:2
Qollar: İmmobile, 13; 23. Rafa Silva, 56. Muçi, 90+5 // Samudio, 1; 51.
“Başakşəhər” – “Alanyaspor” - 4:2
Qollar: Pyontek, 17. Fiqeyredo, 53. D.Türüç, 90. S.Gürler, 90+5 // Kordova, 26. Balkoveç, 45+3