UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Yanq Boyz" - "Qalatasaray" oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, matç Almaniya Futbol Federasiyasından Daniel Zibertə həvalə olunub. Ona həmyerliləri Yan Seidel və Rafael Foltun yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Daniel Şlaqer icra edəcə.k
Qeyd edək ki, "Yanq Boyz" - "Qalatasaray" görüşü avqustun 21-də keçiriləcək.