“İnter” hücumçusunu icarəyə verdi

Sportarena.az      12 Avqust 2022 , 16:33
İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyası təmsilçisi “İnter”dən hücumçu Andrea Pinamontini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. “Sassuolo” gələn yaya kimi futbolçunun transfer hüqqlarını almaq istəsə, “İnter”ə 20 milyon avro ödəməlidir.
 
Pinamonti “İnter”in öz yetirməsidir. Hücumçu ötən mövsüm “Empoli”də icarədə oynayıb. O, əvvəllər “Frozinone” və “Cenoa”da da oynayıb, İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarının formasını geyinib. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin