İslamiada: Rafiq Hüseynovdan qızıl, Ülvi Qənizadədən gümüş medal

Sportarena.az      12 Avqust 2022 , 23:23

Azərbaycanın güləşçiləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) finalda qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülvi Qənizadə (72 kq) isə gümüş medalın sahibi olub. O, finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin