Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşdi

11:34 13 Avqust 2022

UEFA ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlərin adını açıqlayıb.

Siyahıda 3 mütəxəssis yer alıb. Bunlar "Real"ı çalışdıran Karlo Ançelotti, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və "Liverpul"un çalışdırıcısı Yurgen Kloppdur.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. 


Digər xəbərlər

Xəbər xətti