Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Sportarena.az      13 Avqust 2022 , 13:55

Ekvadorun Quayakil şəhərində təşkil olunmuş cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, mundialln üçüncü günündə Azərbaycanın daha üç təmsilçisi tatami üzərinə çıxıb.

Onlardan yalnız Elcan Hacıyevin çıxışı uğurlu alınıb. 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz qazaxıstanlı Maksim Merlana qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Məhərrəm İmamverdiyev, həmçinin 90 kq-da yarışan Vüqar Talıbov medalsız qalıb.

65 ölkədən 400-ə yaxın idmançının qatıldığı və dörd gün davam edəcək mundialda ölkəmiz 8 idmançı ilə təmsil olunur. İlk iki gündə mübarizəyə qoşulan cüdoçular – Turan Bayramov (60 kq), Qadir Hüseynov və Vüsal Qələndərzadə (hər ikisi 73 kq) medalsız qalıblar. Bu gün – 13 avqustda daha iki idmançımız – Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin