PSJ futbolçusunu 20 milyon avroya satdı

Sportarena.az      13 Avqust 2022 , 14:25
Fransanın PSJ klubu hücumçusu Arno Kalimuendo ilə yollarını ayırıb. 20 yaşlı forvard Liqa 1-in digər təmsilçisi “Renn”ə transfer olunub.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Renn” bu keçidə görə parislilərə 20 milyon avro ödəyib.
 
Arno Kalimuendo PSJ-nin öz yetirməsidir. O, Paris klubunun əsas komandasında cəmi 5 oyuna çıxıb. Gənc forvard son iki mövsümü “Lans”da icarədə keçirib. O, bu komandada 65 oyuna 21 qol vurub. Kalimuendo Fransanın U-21 yığmasına da dəvət alır.
 
PSJ digər gənc futbolçusu Tyerno Baldeni də “Trua”ya satıb. Lakin bu transferin detalları açıqlanmayıb. Fransadan olan 20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. PSJ-nin əsas komandasında oynamaq şansı qazanmayan futbolçu, geridə qalan mövsümdə “Havr”da icarədə olub, burada 31 oyuna çıxıb. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin