İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə darmadağın oldu

00:44 14 Avqust 2022

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 2-ci tur oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə "Berntford"la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

"Brentford" - "Mançester Yunayted" - 4:0
Qollar:
 Dasilva, 10, Yensen, 18, Mee, 30, Mbeumo, 35

Beləliklə, Erik ten Haqın baş məşqçisi olduğu komanda ölkə çempionatında meydana çıxdığı 2-ci matçda da xalsız qalıb. Komanda hazırda 0 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. "Brentford" isə 4 xalla 3-cüdür. Turnir cədvəlinə 6 xalla "Mançester Siti" başçılıq edir. 


Xəbər xətti