Türkiyə çempionatı: "Qalatasaray" minimal hesabla uduzdu

01:21 14 Avqust 2022

Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Kayserispor” doğma meydanda “İstanbulspor”a, “Adana Dəmirspor” isə “Sivasspor”a qalib gəlib. Evdə “Girəsunspor”la qarşılaşan “Qalatasaray” isə gözlənilməz məğlubiyyətlə üzləşib.

Türkiyə Super Liqası
2-ci tur

Kayserispor – İstanbulspor 1:0
Qol: M.Kadrozo, 4.

Adana Dəmirspor – Sivasspor 3:0
Qol: Belhanda, 41. Onyekuru, 51. Akintola, 70.

Qalatasaray – Girəsunspor 0:1
Qol: Sayns, 77. 


Digər xəbərlər

Xəbər xətti