Millimizin futbolçusu “Visla”nı məğlubiyyətdən xilas etdi

Sportarena.az      14 Avqust 2022 , 02:39
Futbol üzrə Polşa çempionatında 5-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Poqon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Cari mövsümdəki əvvəlki dörd oyunda ehtiyatda qalan Anton, bu dəfə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da millimizin üzvü vurub. Müdafiəçi 88-ci dəqiqədə rəqib qapısına yol tapmaqla Plotsk təmsilçisini məğlubiyyətdən xilas edib.
 
Bu mövsüm ilk xal itkisi ilə üzləşən “Visla” 5 turdan sonra 13 xalla 18 iştirakçı arasında liderdir. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin