Türkiyə çempionatı: “Beşiktaş” səfərdən 1 xalla döndü

11:10 15 Avqust 2022

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha üç qarşılaşma baş tutub.
 
“Qaziantep” doğma meydanda “Ankaragücü”nü minimal hesabla üstələyib. “Ümraniyəspor” isə “Antalyaspor”la ev oyunundan məğlub ayrılıb. Altı qolun qeydə alındığı “Alanyaspor” - “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.
 
Türkiyə Super Liqası
2-ci tur
 
Qaziantep – Ankaragücü 1:0
Qol: E.Ersoy, 47.
 
Ümraniyəspor – Antalyaspor 0:1
Qol: Rayt, 59.
 
Alanyaspor – Beşiktaş 3:3
Qol: E.Bəkiroğlu, 45+3. Sayss, 81-öz qapısına. Kandeyas, 90+2 – Nkudu, 3. S.Uçan, 20. Gezzal, 31-pen. 


Digər xəbərlər

Xəbər xətti