İslamiada: Dadaş Dadaşbəyli gümüş medal qazanıb

Sportarena.az      15 Avqust 2022 , 16:14
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə mübarizə davam edir. Azərbaycan bu turnirdə 10 nəfər – 3 qadın və 7 kişi idmançı ilə mübarizə aparır.
 
Bu gün onlardan daha biri – Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. İdmançımız 102 kq çəki dərəcəsində yarışıb.
 
Atletimiz birdən qaldırma hərəkətində 174 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb.
 
Təkanla qaldırma hərəkətində 210 kq-ın öhdəsindən gələn idmançımız bu hərəkətdə 5-ci yeri tutub.
 
Toplam 384 kq (174+210) nəticə ilə Dadaş Dadaşbəyli yekun sıralamada 4-cü yerə layiq görülüb. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin