"Trabzonspor" ispaniyalı müdafiəçi transfer etdi

Sportarena.az      15 Avqust 2022 , 16:59

Son Türkiyə çempionu olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Betis"dən Mark Bartranı transfer edib. Bu barədə "bordo-mavilər"in mətbuat xidməti məlumat yayıb. 


İspaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubunda illik 1,5 milyon avro maaş (700 min avro bonus) alacaq. "Trabzonspor" ispaniyalı futbolçu üçün qarşı tərəfə 1,2 milyon avro ödəyəcək.


Qeyd edək ki, Mark Bartra "Betis"ə 2018-ci ilin yanvar ayında Dortmund "Borussiya"sından transfer olunmuşdu. Təcrübəli müdafiəçi son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 32 matçda 2 qol vurub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin