Voleybol millimizdən İslamiadada bürünc medal

18:00 15 Avqust 2022

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Türkiyənin Konya şəhərində keçirilən 5-c İslam Həmrəylik Oyunlarında bürünc medal qazanıb.

Yığmamız üçüncülük uğrunda görüşdə Kamerunla qarşılaşıb. Azərbaycan millisi ümumilikdə 3:0 (27:25, 25:13, 25:17) hesablı qələbə qazanıb və bürünc medala yiyələnib.

Qeyd edək ki, yarışın finalında Türkiyə və İran yığmaları üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti