Tahir Süleymanov da "Turan Tovuz"a ianə etdi

Sportarena.az      16 Avqust 2022 , 10:22

"Neftçi"nin keçmiş vitse-prezidenti, beynəlxalq dərəcəli keçmiş hakim Tahir Süleymanov "Turan Tovuz"a avtobus alınması üçün keçirilən ianə kampaniyasına qoşulub.

Sportarena.az xəbər verir ki, o, "Turan-100k" saytında 9 piksel alıb. Başqa sözlə Tahir Süleymanov Tovuz klubuna 135 azn ianə edib.

 

Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin