"Kəpəz" nigeriyalı futbolçu transfer etdi

14:12 16 Avqust 2022

"Kəpəz" heyətinə yeni futbolçu qatıb. 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi nigeriyalı futbolçu Ahmed Ayzayanı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Ahmed son olaraq ölkəmizdə "Zirə" klubunun formasını geyinib. 


Digər xəbərlər

Xəbər xətti