“Viktoriya” - “Qarabağ” matçının biletləri bir neçə saata tükəndi

17:00 16 Avqust 2022

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).
 
Maraqlıdır ki, biletlər satışa çıxarıldıqdan cəmi bir neçə saat sonra tükənib. Klubun mətbuat xidməti bir neçə dəqiqə öncə bütün biletlərin satıldığını bəyan edib.
 
Avqustun 23-də 11 700 azarkeş tutumuna malik “Dusan Arena”da baş tutacaq qarşılaşmaya saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı ilk matç sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti